"Bunun dövlət sərhədinə heç bir aidiyyəti yoxdur"
"İran Sərhəd Mühafizəsi Orqanlarının Xudafərin rayonu ərazisində terrorçu qrupun müəyyən edilərək həbs olunmasına dair bəyanatının Azərbaycan-İran dövlət sərhədinə heç bir aidiyyəti yoxdur".
Oxuməni.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, Azərbaycan-İran dövlət sərhədi dostluq və əməkdaşlıq sərhədi kimi tanınır.
"Azərbaycan və İran sərhədçiləri arasında qarşılıqlı faydalı əməkdaşlıq təcrübəsi nümunəvidir. Ara-sıra baş verən sərhəd pozuntusu və qaçaqmalçılıq halları yerlərdəki komandirlər arasında birbaşa təmaslar çərçivəsində tənzimlənir",- XİN rəsmisi bildirib.
Digər xəbərlər