İƏT-in konfransı da təxirə salındı
Niger hökuməti İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının bu il aprelin 3-4-də paytaxt Niamey şəhərində keçirilməsi planlaşdırılan 47-ci sessiyasını qeyri-müəyyən vaxta təxirə salıb.
Bu barədə İƏT Baş Katibliyinin bəyanatında bildirilir.
Tədbirin təxirə salınmasına səbəb dünyada yayılan koronavirus (Kovid-19) infeksiyasının yaratdığı epidemioloji vəziyyətdir.
Oxuməni.az
Digər xəbərlər