Yaxın Şərqdə hücumlar gözlənilməz nəticələrə səbəb ola bilər
Yaxın Şərqdə növbəti hücumlar gözlənilməz nəticələr riskini artırır. RİA Novosti xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
"Növbəti hücumlar yalnız münaqişə, qeyri-sabitlik və hər kəs üçün təhlükəni davam etdirir və heç kimin proqnozlaşdıra bilməyəcəyi və ya nəzarət edə bilməyəcəyi təhlükəli nəticələrin riskini artırır", - dövlət katibi mətbuat konfransında deyib.
Blinkenin sözlərinə görə, ABŞ-ın İsraili qorumaq öhdəliyi “qalıcıdır”.
O, Birləşmiş Ştatların İsraili “terrorçu qrupların və ya onların sponsorlarının hücumlarından” qorumağa davam edəcəyinə söz verib.
Oxuməni.az
Digər xəbərlər