İlham Əliyev sabah Türkiyəyə gedəcək
Muğla vilayətinin Bodrum bölgəsində 4-5 iyun tarixində 4-cü Türk Dilli Dövlətlərin Zirvə Toplantısı (Türk Konseyi) keçiriləcək.
Türkiyə prezidenti Abdulla Gülün rəhbərliyi ilə keçiriləcək olan zirvə görüşündə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Türkmənistan prezidentlərinin iştirak edəcəyi bildirilir. Zirvə görüşündə sözügedən ölkələrin xarici işlər və mədəniyyət nazirləri də iştirak edəcək.
Prezidentlər və nazirlərin görüşündən sonra zirvə toplantısı başa çatacaq.
Zirvə görüşünün keçiriləcəyi ərazidə təhlükəsizlik tədbirlərinin gücləndirildiyi barəsində məlumat verilib
Mediainfo.az
Digər xəbərlər