![Prezident: “Fəaliyyətimizi Rusiyadan ayrı təsəvvür edə bilmərik”](http://oxumeni.az/media/news/2014/10/photo_31837.jpg)
Prezident: “Fəaliyyətimizi Rusiyadan ayrı təsəvvür edə bilmərik”
Belarus və Rusiya Ukraynanın faciəli təcrübəsini nəzərə alaraq, yalnız birlikdə iqtisadi əlaqələri inkişaf etdirməklə xarici təhlükələrə müqavimət göstərə bilər.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Belarus Prezidenti Aleksandr Lukaşenko çıxış edib. O, Belarusiyanın Rusiya ilə birlikdə olacağını bildirib. "Reqnum" agentliyinə açıqlama verən Lukaşenko həmçinin birgə fəaliyyəti zəruri edən səbəblərin olduğunu da deyib:
"Biz fəaliyyətimizi Rusiyadan ayrı təsəvvür edə bilmirik. Yalnız bu halda biz birgə təhlükələrə qarşı dayanıb sağ qala bilərik. Buna sübut qonşu dövlətimizdə baş verən hadisələrdir. Kim ağlına belə bir hadisənin gələ biləcəyini təxmin edərdi. Düşünürəm ki, biz həmişə birlikdə olacağıq".
Mediainfo.az
Digər xəbərlər