TBMM sədri: “Sülhün olmadığı mühitdə əməkdaşlıqdan danışmaq asan deyil”

TBMM sədri: “Sülhün olmadığı mühitdə əməkdaşlıqdan danışmaq asan deyil”

5 İyul 2017 13:51
Bəyəndim (0) Bəyənmədim (0)

"Sülhün və əmin-amanlığın olmadığı mühitdə əməkdaşlıqdan danışmaq asan deyil".

Apa-nın məlumatına görə, bunu sözləri Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 49-cu sessiyasının açılışında Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Qəhrəman deyib. Təşkilata üzv olan ölkələr arasındakı əlaqələrin inkişaf etdirilməsi sahəsində parlamentlərin üzərinə düşən vəzifələrdən danışan İsmayıl Qəhrəman ölkələr arasındakı sülh və təhlükəsizlik mühitinin formalaşdırılmasının vacib olduğunu vurğulayıb: "Sülhün və əmin-amanlığın olmadığı mühitdə əməkdaşlığı inkişaf etdirmək asan deyil. Parlamentlərin gücü də burada özünü göstərir. Xalqların ən çox istədiyi şey - sakitlik, əmin-amanlıq və təhlükəsizlik mühitidir. Qara dəniz bölgəsinin sülh regionu halına gətirilməsi ən böyük arzumuzdur. Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının da sülhə xidmət edən təşkilat olduğunu düşünürəm".

TBMM sədri İsmayıl Qəhrəman dünyadakı konfliktlərin həll edilməsində BMT Təhlükəsizlik Şurasının üzərinə düşən vəzifələri yerinə yetirə bilmədiyini sözlərinə əlavə edib.

Mediainfo.az