
Vladimir Putin 8 qubernator, respublika və diyar başçısını istefaya göndərib
Rusiya prezidenti Vladimir Putin son 15 gün ərzində 8-ci qubernatoru istefaya göndərib.
"Report" xəbər verir ki, dövlət başçısı oktyarbın 9-da Omsk vilayətinin qubernatru Viktor Nazarovun istefa ərizəsini qəbul edib.
Kreml onun öz ərizəsi ilə könüllü şəkildə istefa verdiyi barədə məlumat yayıb.
Qeyd edək ki, sentyabrın 25-dən indiydək Dağıstan Respublikası, Samara, Novosibirsk, Orlov, Smolensk vilayətləri, Primorsk və Krasnoyarsk diyarlarının başçıları istefaya göndəriliblər.
Digər xəbərlər