"Rusiyaya düşmən ölkə ilə dost olmayacağıq"

"Rusiyaya düşmən ölkə ilə dost olmayacağıq"

8 Fevral 2018 16:18
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyaya qarşı olan heç bir ölkə ilə dost olmayacağıq.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Latviya baş naziri ilə görüşü zamanı deyib.

Lukaşenko buna səbəb kimi Belarusun Rusiyanı öz qardaş hesab etməsini göstərib:

"Hiss edirəm ki, bu səfər çərçivəsində biz bir çox məsələdə anlaşacağıq. Sizdən bir şeyi yadınızda saxlamağı xahiş edəcəm. Biz Latviya ilə yanaşı, Rusiyaya qarşı olan istənilən dövlətlə dostluq etməyəcəyik. Düzdür, Belarusla Rusiya arasında çətinliklər var, lakin bu çətinlik iki xalqa deyil, iki hakimiyyətə aiddir. Rusiya bizim üçün sadəcə dost ölkə deyil, orada qardaş xalq yaşayır".Axar.az