Avstriya rus diplomatları deportasiya etməkdən imtina etdi

Avstriya rus diplomatları deportasiya etməkdən imtina etdi

5 Aprel 2018 12:05
Bəyəndim (0) Bəyənmədim (0)

Rəsmi Vyana rus diplomatları deportasiya etməkdən imtina edib.

Avstriyanın kansleri Sebastyan Kurts bu barədə açıqlama verib. Kurts bildirib ki, Rusiya ilə yaxşı münasibətləri qorumaq üçün belə bir addım atıb.

"Avropa İttifaqı ölkələrinin üçdə biri rus diplomatları qovmadı. Biz də onların arasındayıq. Biz neytral ölkəyik. BMT və ATƏT kimi beynəlxalq təşkilatların mənzil qərargahlarına sahib ölkəyik", - deyə siyasətçi bildirib.

Qeyd edək ki, Avstriyanın XİN rəhbəri də bir müddət açıqlama verərək, Rusiya ilə münasibətləri qorumaq üçün diplomatları deportasiya etməyəcəklərini bildirmişdi.Ölke.az