Ərdoğan sabah Baxçalı ilə görüşəcək

Ərdoğan sabah Baxçalı ilə görüşəcək

17 Aprel 2018 14:33
Bəyəndim (0) Bəyənmədim (0)

"Hazırda növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı məsələyə elə bir şərhim yoxdur, ancaq sabah Dövlət Bahçeli ilə görüşəcəyəm".

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyası fraksiyasının Türkiyə Böyük Millət Məclisində genişləndirilmiş toplantısına gələrkən jurnalistlərin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlet Bahçelinin növbədənkənar seçkilərlə bağlı verdiyi açıqlamaya dair sualı cavablandırarkən deyib.

O, Türkiyə Konstitusiyasına edilmiş dəyişikliklərin 2019-cu ildə baş tutacaq seçkilərdə tam şəkildə həyata keçiriləcəyini vurğulayıb.

Qeyd edək ki, D.Bahçeli növbədənkənar prezident və parlament seçkilərinin 2018-ci il avqustun 26-da keçirilməsi təklifi ilə çıxış edib. Cümhurriyyət Xalq Partiyası da onun bəyanatına cavab olaraq seçkilərə hazır olduqlarını bildirib.(report)