Netanyahu: İran raketləri Avropaya düşənə qədər...
Bu, mənə Avropanın 1930-cu illərdəki mülayim siyasətini xatırladır. O vaxt da başını quma salanlar yaxınlaşan təhlükəni görə bilmədi.
Bunu İsrail Baş naziri Benyamin Netanyahu Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin İranın nüvə müqaviləsini pozmadığı barədə açıqlamasını şərh edərkən deyib.
Moqerininin açıqlamalarını Avropanın keçmişdə nasist Almaniyasının yüksəlişinə qarşı yürütdüyü siyasətə bənzədən Netanyahu bunları qeyd edib:
"Belə görünür ki, İranın nüvə raketləri Avropa torpaqlarına düşənə qədər yuxudan oyanmayacaqlar, amma bundan sonra çox gec olacaq".
Digər xəbərlər