Türkiyə Kipr probleminin əsl səbəbini açıqladı

Türkiyə Kipr probleminin əsl səbəbini açıqladı

26 İyul 2019 21:10
Bəyəndim (0) Bəyənmədim (0)

Şimali Kiprin icazəsi olmadan adada məskunlaşan BMT Sülhməramlılarının səlahiyyət müddətinin daha 6 ay uzadılması barədə qərar ən mühüm nöqsandır.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bəyanat verilib.

Bəyanatda Kipr probleminin əsl səbəbinin yunanların adanın gücü və zənginliyini türklərlə paylaşmaqda istəksiz olması göstərilib. Bildirilib ki, bu durum dəyişmədikcə və siyasi bərabərliyə əsaslanan ortaq bir zəmin və həll perspektivi olmadan iki tərəf arasında nəticə verəcək danışıqların aparılması mümkünsüzdür.