Moskva casus qalmaqalından sonra Norveçli diplomatı ölkədən qovur
Rusiya norveçli diplomatı persona non qrata elan edib. Bu, Norveçin hərəkətlərinə cavabdır, RF XİN-dən bildiriblər.
Oxuməni.az rosbalt.ru-ya istinadən xəbər verir ki, Norveçin Moskvadakı səfirliyinin Ali diplomatlarından biri "Norveç hökumətinin dost olmayan aksiyası ilə əlaqədar Rusiyadan qovulur". Rusiya Federasiyasında diplomatın akkreditasiyası üç gün ərzində dayandırılacaq. Həmin müddətdə o, ölkəni tərk etməlidir.
"Rusiya tərəfindən vurğulanıb ki, Norveç hökumətinin həyata keçirdiyi dağıdıcı xətt qaçılmaz olaraq ikitərəfli münasibətlərin atmosferinə mənfi təsir göstərir. Bu siyasətin nəticələrinə görə məsuliyyət tamamilə Oslonun üzərinə düşür", - deyə XİN-də vurğulayıblar.
Oxuməni.az
Digər xəbərlər