"“Yuventus”a istədiyimiz qolları vuracağıq” - Neymar
Barselona"nın braziliyalı ulduzu Neymar Çempionlar Liqasının ¼ final mərhələsinin "Yuventus"a qarşı keçirəcəkləri cavab oyunundan danışıb.
O, ilk oyunda 0:3 hesabı ilə məğlub olmaqlarına baxmayaraq növbəti mərhələyə çıxacaqlarına inandığını bildirib.
Neymar geridönüşə imza ata biləcəklərini deyib: "Yeni bir geridönüşə hamımız inanırıq. Bir dəfə etmişik, bir dəfə də edə bilərik. Biz "Barselona"yıq və burada hər şey eynidir. Uduza bilərik və bu normaldır. Amma geridönüş də mümkünsüz deyil. Əgər hər şey yolunda getsə, bunu edəcəyik. Komandamızın gücünə bələdəm. "Yuventus"a istədiyimiz qolları vuracağıq".
Qeyd edək ki, "Barselona" – "Yuventus" oyunu 19 apreldə saat 22:45-də başlayacaq. ("Qafqazinfo")
Mediainfo.az
Digər xəbərlər