“Qəbələ”nin futbolçusuna Hollandiyadan təklif
"Qəbələ" ötən yay transfer etdiyi Dion Malone ilə yollarını ayıra bilər.
"Qafqazinfo" xəbər verir ki, mövsümün əvvəlində Hollandiyanın "Den Haaq" klubundan transfer olunan futbolçu "qırmızı qaralar"ın düşərgəsini tərk edə bilər.
29 yaşlı dayaq yarımmüdafiəçi sabiq komandası "Den Haaq"ın transfer hədəfindədir. Surinam əsilli hollandiyalı futbolçu ilə yanaşı, "Tvente"dən Hidde Ter Avest və "Ayaks"dan Deyovaysio Zeefuykun da adı "Den Haaq"la hallanır.
29 yaşlı futbolçu Preyerm Liqada 18 oyunda (1085 dəqiqə) meydana çıxıb. Malonenin "Qəbələ" ilə 2019-cu ilə qədər müqaviləsi var.
Digər xəbərlər