Həbib Nurməhəmmədov və Konor Makqreqor döyüşü başlayıb

Həbib Nurməhəmmədov və Konor Makqreqor döyüşü başlayıb

7 Oktyabr 2018 08:54
Bəyəndim (0) Bəyənmədim (0)

Birləşmiş Ştatların Las-Veqas şəhərində UFC çempionları irlandiyalı boksçu Konor Makqreqor və dağıstanlı samboçu Həbib Nurməhəmmədov arasında qaydasız döyüş başlayıb.

"Report" xəbər verir ki, qarşılaşma Las-Veqasın şəhərətrafı ərazisi "Ti-Mobayl-arena"da keçirilir.

Konor Makqreqor yarım yüngül və yüngül çəki üzrə çempiondur. Bütün karyerası boyu 21 döyüş keçirib, üçündə məğlub olub.

Həbib Nurməhəmmədov isə UFC-nin yüngül çəki üzrə hazırkı çempionudur. Karyerası boyu 26 peşəkar döyüş keçirib və heç birində məğlub olmayıb.