Bağdadda dəhşətli partlayış: 7 ölü, 16 yaralı

Bağdadda dəhşətli partlayış: 7 ölü, 16 yaralı

24 May 2018 10:49
Bəyəndim (0) Bəyənmədim (0)

İraqın paytaxtı Bağdad şəhərində partlayış baş verib.

Axar.az xəbər verir ki, partlayış nəticəsində 7 nəfər həlak olub.

Məlumata görə, partlayış paytaxtda yerləşən parklardan birində baş verib. Kamikadze tərəfindən partlayış nəticəsində həmçinin 16 nəfər yaralanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları terrorçunu parka daxil olan vaxtdan izləsələr də, partlayıcı qurğunu işə salmasının qarşısını ala bilməyiblər.