Masallıda ağır qəza - 8 nəfər ölüb

Masallıda ağır qəza - 8 nəfər ölüb

9 İyul 2019 10:21
Bəyəndim (0) Bəyənmədim (0)

Masallıda yük maşını "Mersedes Vito" markalı mikroavtobusla toqquşub.

Məlumata görə, hadisə nəticəsində 8 nəfər ölüb. 1 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Dünyasını dəyişənlər Rzayev Əsgər Yaqub oğlu, azyaşlı övladları Rzayev Hikmət Əsgər oğlu, Rzayev Azər Əsgər oğlu, Tağıyev Rəşad Atalı oğlu, Rufullayev Ayxan Namiq oğlu, soyadları bilinməyən Murtac və Ələkbər adlı şəxslərdir.

Qəzada ölən bir nəfər xanımın hələlik kimliyi məlum deyil.

Ağır qəzada xəsarət alan iki nəfər 1995-ci il təvəllüdlü Tağıyeva Miranə Atalı qızı, soyadı məlum olmayan Ruhiyyə adlı qadındır. Məlumata görə, hər iki şəxsin vəziyyəti yaxşıdır. (trend)