Siyəzən rayonunda mikroavtobus,  Bakıda ev yanıb

Siyəzən rayonunda mikroavtobus, Bakıda ev yanıb

12 İyul 2019 09:22
Bəyəndim (0) Bəyənmədim (0)
Siyəzən rayonunun Yenikənd kəndində “Mercedes” markalı mikroavtobusun mühərrik hissəsi, idarəetmə lövhəsi və salon hissəsi qismən yanıb.

Oxuməni.az-ın verdiyi xəbərə görə, mikroavtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində ümumi sahəsi 127 m² olan 3 otaqlı ofisin mətbəxində 5 m² sahədə mebel və 1 ədəd məişət avadanlğı yanıb. Ofisin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.