Sabirabadda Mərkəzi bazar yanır

Sabirabadda Mərkəzi bazar yanır

16 İyul 2019 08:49
Bəyəndim (0) Bəyənmədim (0)
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Sabirabad rayonunda Mərkəzi bazarın ərazisində yanğın olması barədə məlumat daxil olub.

Oxuməni.az-ın verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub. İlkin məlumata əsasən bazarın ərazisində bir-birinə bitişik mağazalar yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.