Millət vəkilinin oğlu 200 km sürətlə...

Millət vəkilinin oğlu 200 km sürətlə...

16 İyul 2019 11:39
Bəyəndim (0) Bəyənmədim (0)
Rusiya parlamentində Çelyabinsk vilayətinin Kunaşaksk rayonu təmsilçisi İlfat İmanqulovun oğlu Ruslan İmanqulov dəhşətli yol-nəqliyyat hadisəsinə səbəb olub.

O, avtomobili ilə iki piyadanı öldürüb.

İmanqulov bahalı markalı avtomobilini 200 km/saatla idarə edib. Bu zaman anidən onun qarşısına it çıxıb. o da iti vurmamaq üçün istiqamətini dəyişməyə çalışıb. Nəticədə piyada keçidinin üzərinə çıxıb və oradakı iki nəfəri vurub. Hər iki şəxs hadisə yerində keçinib.