Azərbaycanın bəzi rayonlarında yanğınlar baş verib
Oxuməni.az-ın verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Abşeron rayonunda ümumi sahəsi 102 m² olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 102 m² sahədə və 1 otağı 12 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 1400 m² olan dördmərtəbəli 16 otaqlı evin 4-cü mərtəbəsində texniki otaqda su qızdırıcısı, elektrik lövhəsi, işıq generatoru və lambirindən ibarət tavan 5 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Zərdab rayonunun Məmmədqasımlı kəndində ümumi sahəsi 150 m² olan tövlənin yanar konstruksiyaları və içərisinə yığılan 20 ton ot bağlamasının 10 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
İsmayıllı rayonunun Sədiyan kəndində ümumi sahəsi 280 m² olan birmərtəbəli, kürsülü 3 otaqlı evin yanar konstruksiyaları 40 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Samux rayonunun Hacıalılı kəndində həyətyanı sahəyə yığılan 20 ton ot bağlamasının 8 tonu yanıb. Yüksək temperaturdan yaxınlıqdakı evin plastikdən ibarət pəncərə çərçivəsi qismən əriyib. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Beyləqan rayonunun Kəbirli kəndində ümumi sahəsi 60 m² olan qamışdan ibarət tövlənin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tövlə və ot bağlamaları yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.























































.jpg)
.jpg)






.jpg)





























