Şəmkirdə ağır qəza: Universitet tələbəsi öldü

Şəmkirdə ağır qəza: Universitet tələbəsi öldü

17 İyul 2019 12:14
Bəyəndim (0) Bəyənmədim (0)
Şəmkir rayonunda ağır avtomobil qəzası baş verib.

Qəza nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Hadisə yerində ölən şəxsin Azərbaycan Dövlət Aqrar Universitetinin IV kurs tələbəsi, rayonun Çaparlı kənd sakini, 1998-ci il təvəllüdlü Kazım Vəfadar oğlu Hüseynov olduğu bildirilir.

Onun meyiti bu gün yaşadığı Çaparlı kəndinin qəbiristanlığında dəfn edilib.

Faktla bağlı araşdırma aparılır. Report