Türkiyədə təbii fəlakət baş verib: yeddi nəfər itkin düşüb

Türkiyədə təbii fəlakət baş verib: yeddi nəfər itkin düşüb

19 İyul 2019 08:20
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Düzce şəhərinin Cumayeri rayonunda baş vermiş torpaq sürüşməsi və sel nəticəsində yeddi nəfərin itkin düşdüyü ehtimal olunur.

Bu barədə Düzce valisi Zülkif Dağlı məlumat verib.

Bildirilib ki, hadisədən zərərçəkən 69 nəfər helikopterlər vasitəsilə xilas olunub. Z.Dağlı Esmahanım kəndində yeddi nəfərin itkin düşməsi barədə məlumatın daxil olduğunu və onların axtarışlarının davam etdiyini bildirib. O, təbii fəlakətin meydana gəldiyi bölgədə təmizləmə işlərinin də aparıldığını qeyd edib. Azərtac