Bakıda ağır qəza - 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO

Bakıda ağır qəza - 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO

29 İyul 2019 09:25
Bəyəndim (0) Bəyənmədim (0)

Səbail rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bibiheybət məscidinin yaxınlığında “VAZ 2107” markalı avtomobillə “Mercedes” markalı maşın toqquşub.

Nəticədə “VAZ 2107”-də olan, təxminən 28-30 yaşlı sərnişin ölüb.

Bundan başqa, həmin avtomobildə olan 3 sərnişin və “Mercedes”in sürücüsü xəsarət alaraq 1 saylı xəstəxanaya yerləşdirilib.

(baku.ws)