Bakının mərkəzində yol çökdü - Video

Bakının mərkəzində yol çökdü - Video

31 İyul 2019 08:19
Bəyəndim (0) Bəyənmədim (0)

İstismar müddəti bitmiş kanalizasiya borusu yolda çökməyə səbəb olub.

Hadisə Binəqədi rayonu ərazisində baş verib. 80-ci illərin sonunda tikilən kanalizasiya kollektri partlayıb. Nəticədə yaxın vaxtlarda əsaslı şəkildə qurulan yol keçilməz olub. Yolda bir neçə metr dərinliyi olan çökmə yaranıb.

''Azərsu'' ASC-nin Bakı Su Kanal İdarəsinin rəis müavini Əlizadə Nəsirov deyir ki, diametri min millimetr olan kollektr 80-ci illərin sonunda tikilib. İstismar müddətini başa vuraraq aşınmaya məruz qalıb. Bu səbəbdən də yolda çökmə baş verib.

Bildirildi ki, həmin yol ən azı iki gün bağlı olacaq. Binəqədi 1 küçəsindən istifadə edən sürücülərə alternativ yollara keçmələri tövsiyə edilir.