Qəzada ölənlərin 147-si iranlı, 32-si isə xarici vətəndaşdır

Qəzada ölənlərin 147-si iranlı, 32-si isə xarici vətəndaşdır

8 Yanvar 2020 12:39
Bəyəndim (1) Bəyənmədim (0)

İranda Ukraynaya məxsus “Boeing -737” tipli təyyarənin qəzaya düşməsi nəticəsində həlak olan 169 nəfərin kimliyi açıqlanıb.

Oxumeni.az-ın “IRNA” agentliyinə istinadən verdiyi xəbərə görə, İran Mülki Aviasiya Təşkilatı təyyarənin göyərtəsində olan 147 sərnişinin İran, 32 sərnişinin isə xarici vətəndaş olduğunu bildirib.

İran Qızıl Aypara Cəmiyyəti rəhbərinin müavini İbrahim Tacik bildirib ki, qəzaya uğrayan əraziyə 40 xilasetmə qrupu göndərilib və araşdırma aparılır.

Qeyd edək ki, qəza nəticəsində 167 sərnişin və 9 ekipaj üzvü vəfat edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az