Güclü külək Tovuz və Qazax rayonlarında elektrik enerji təsərrüfatına ciddi ziyan vurub

Güclü külək Tovuz və Qazax rayonlarında elektrik enerji təsərrüfatına ciddi ziyan vurub

21 İyun 2020 15:11
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gecədən müşahidə edilən güclü külək Tovuz və Qazax rayonlarında elektrik enerji təsərrüfatına ciddi ziyan vurub və nəticədə bəzi ərazilərdə elektrik enerjisinin verilişində qısa fasilələr yaranıb. Azərişıq ASC Qərb RETSİ-nin qəza xidmətinin əməkdaşları dərhal ərazidə təmir-bərpa işləri həyata keçirib.

Oxuməni.az-a ASC-nin Mətbuat xidmətindən verilən məlumata görə, bir neçə ünvanda xəttin üzərinə aşan ağac kabelləri zədələyib, dayaqları yararsız hala salab. Qəza baş verən ərazilərə əlavə mal-materal göndərilib və texnika cəlb olunub, xətlərdə bərpa işləri görülüb. Operativ tədbirlər nəticəsində abonentlər qısa zaman ərzində fasiləsiz elektrik enerjisi ilə təmin olunublar.

Azərişıq ASC abonentlərindən xahiş edir ki, baş verən qəza və açılmalarla bağlı dərhal Azərişıq ASC-nin 199 saylı çağrı mərkəzinə məlumat versinlər.

Oxuməni.az