Rusiyanın xüsusi xidmət orqanları Putinin dörd tənqidçisini zəhərləyib, FTB izinə düşüb...

Rusiyanın xüsusi xidmət orqanları Putinin dörd tənqidçisini zəhərləyib, FTB izinə düşüb...

20 May 2023 15:16
Bəyəndim (0) Bəyənmədim (0)

Son iki ildə ən azı dörd nəfər özlərində mümkün zəhərlənmə əlamətləri aşkar edib və ya öz mənzillərinə Rusiyanın xüsusi xidmət orqanları ilə əlaqəli ola biləcək naməlum şəxslərin soxulması ilə üzləşib.

Son iki belə hal Avropada yazda baş verib. Mayın ilk günlərində Çexiyada "Azad Rusiya" fondunun rəhbəri Nataliya Arnonun halı kəskin pisləşib.

O, Praqada Rusiyada vəziyyətlə bağlı görüşlər keçirib və bədənində keyimə və orqanizminin müxtəlif hissələrində ağrılar hiss edib.

Bu əlamətlərin meydana çıxmasından az öncə onun Praqdakı mehmanxana nömrəsinin qapısı açıq olub, otaqdan isə "ucuz ətirlərin qoxusu" hiss edilib.

Mehmanxana administrasiyasına bununla bağlı müraciət heç bir nəticə verməyib. Ertəsi gün Arno Kremlin təzyiqləri nəticəsində Rusiyanı tərk etməyə məcbur olub 10 il yaşadığı ABŞ-a gedib.

ABŞ-a gələndən sonra da əlamətlər keçməyib. FTB tədqiqata başlayıb. Arno ilə sorğu keçirilib və öyrənilməsi üçün Arnoda səfəri zamanı olan paltar və başqa əşyalarla birlikdə bioloji və maddi materiallar götürülüb. Tədqiqatın nəticələri haqqında hələlik məlumat verilmir.

Arno Praqaya Berlindən gəlib, orada Mixail Xodorkovskinin təşkil etdiyi rusiyalı müxalifətçilərin görüşü baş tutub.

İki həmsöhbət "Agentlik" nəşrinə məlumat verib ki, bu tədbir günlərində alman həkimlərinə Rusiyanın adı açıqlanmayan və bu yaxınlarda vətənini tərk edən daha bir jurnalist qadın müraciət edib.

Nəşrin həmsöhbətlərindən birinin məlumatına görə, jurnalist Berlindəki "Şarite" klinikasına müraciət edib, həmin klinikada rusiyalı müxalifətçi Aleksey Navalnı "Noviçok"la zəhərləndikdən sonra müalicə alıb.

Nəşrin digər iki həmsöhbəti deyib ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən bir neçə ay öncə zəhərlənmə əlamətləri ilə ABŞ-ın Kiyevdəki sabiq səfiri, hazırda Atlantika Şurası Avrasiya Mərkəzinin direktoru, Putinin tanınmış tənqidçisi Con Herbst də üzləşib.

Herbstin səhhətinin kəskin pisləşməsi faktı üzrə FTB o zaman tədqiqata başlayıb. Herbstin səhhəti və tədqiqatın nəticələri barədə məlumat verilmir.

Sonuncu epizod, bu dəfə zəhərlənməyə güman edilmədən, "Bellingcat" qrupu rəhbərlərindən biri, araşdırmaçı jurnalist Xristo Qrozevə aiddir.

Qrozev 2022-ci ilin yayında Çernoqoriyada Rusiyaya həsr edilmiş jurnalist konfransında olub, onun mehmanxanadakı otağı özü olmadan açılıb.

Qapını sındıranların jurnalistin şəxsi qadjetlərindən məlumatlara çıxışı ola bilərdi. Qrozev özü təsdiq edib ki, onun nömrəsindən telefonu yoxa çıxıb.

Xatırladaq ki, ötən həftə hərbi ekspert Aleksandr Musiyenko güman edib ki, Lukaşenkonun sağlamlığında yaranmış problemlər "Rusiya xüsusi xidmət orqanlarının sevimli metodu"-zəhərlənmə ilə bağlı ola bilər. Moderator.az