“AŞİQƏM... EŞQ CƏLLADIYAM”
Ölməz bəstəkarımız Şəfiqə Axundovanın tələbəsi vətənpərvər bəstəkar-müğənnimiz Arif Səlimov müsiqi ictimayətinə bəstələdiyi dəyərli əsərlər və mahnılarla yaxşı tanışdır. “Oxu məni” ailəsinin sevimlisi və daimi oxucusu olan Arif bəy öz ad günündə sevincini ilk olaraq elə sevdiyi mətbu orqanın oxucuları ilə bölüşdü.
- Mən “ Oxu məni” qəzetinin və “ Oxu məni.az” saytının daimi oxucusuyam. Bütün əldə etdiyim uğurlarımı hər zaman işıqlandıraraq yaradıcılığıma böyük dəyər verərək mənə yaşam və ruh eşqi bəxş ediblər. Rəhbərliyə və yaradıcı heyətə təşəkkürümü bildirirəm. Oxucularına isə sadiqlik və sağlamlıq arzulayıram.
Kaş ki, məndən istəməzdin.
Kaş ki, bunu heç bilməzdim
Müqəddəs tək sevgim ilə
İllərimi mən silərdim
Mən silərdim...
Kaş ki, kaş ki...
Vətənpərvər şairəmiz , qazimiz Sailə Pənahın bu şeirinə bəstələdiyi əsər məni Arif Səlimov yaradıcılığına sıx tellərlə bağladı. Misralarından Xurşud Banu Natəvan, Mirvarid Dilbazi, Hökumə Billuri ,Mədinə Gülgün ,Əzizə Cəfərzadə ədəbi irsinin qoxusunu duydum. Sevindim ki, bu bənzərsiz poeziya və ədəbiyyat incilərimizin parlaq davamçısı olan Sailə Pənah kimi bir şairəni dərindən tanıdım, qələminə aşiq oldum. Sailə Pənah və Arif Səlimov iş birliyi ilk gündən öz nəticəsini verdi və bəstəkarın yaradıcılığında bu ədəbi irsin pöhrələri öz sözünü dedi. Çünki poeziyamıza mətin addımlarla gələn Sailə Pənah sözünün gücü və bəstəkarın peşəkarlığı vəhdət təşkil etdi , sanki ruh əkizlərinin qovuşması və bunun nəticəsində həyata vəsiqə alan nəğmələr dillərdə əzbər oldu.
Ürəyim yanıbdır nakam sevgidən
Nəyimə gərək...
Bu nakam sevgi nəyimə gərək
Nəyimə gərək bu nakam sevgi
Nəyimə gərək...
Aşıqəm mən, qəlb ortağıma
Aşiqəm mən...
Yaxın günlərdə Arif bəy tamaşaçılarını Sailə Pənahın sözlərinə bəstələdiyi “Mən eşq cəlladıyam” adlı mahnısı ilə sevindirəcək. Bundan əlavə bəstəkar bir neçə əsərlərinidə heyranlarına təqdim edəcək. Biz də Arif Səlimovu doğum günü münasibəti ilə ürəkdən təbrik edir, ona can sağlığı arzulaylrlq.Bir neçə gündən sonra isə Sailə Pənahın yaşının üstə bir yaş da gələcək.Təzə gələn yaşınız mübarək, Sailə xanım.2025-ci il birgə iş birliyinizdə yalnız uğurlar nəsibiniz olsun. Təbrik edirik. İnanıram ki, bu iş birliyi , bu sevinclər Ozan və Poeziyamızın Pənah ucalığının , ruhunun sərinləməsinə bir pənah qatacaq və deyəcək- Sizlərlə fəxr edirəm !!!
Alim Nəbioğlu oxuməni.az üçün