SƏNSİZ YAMAN DARIXMIŞAM....
(Sevilən şairəmiz Sailə Pənah haqqında esse)
BİR AZƏRBAYCAN XANIMI TANIYIRAM-Vətənini, Dövlətini, Elini, Obasını sevən, ona varlığı ilə bağlı olan vətənpərvər, mübariz , mətin... Mərhəmətli, inamlı, imanlı, qürurlu , səmimi , geniş qəlbli , ailə, qohum, dost canlı... BİR AZƏRBAYCAN XANIMI TANIYIRAM- Sevilən nəğməkar şairəmiz Sailə Pənah. Şeirləri insan ruhunun, ülvi hisslərinin aynasıdır. Duyğuları, misraları dağ şəlaləsi kimi çağlayır, bulaqlar kimi qaynayır. Qələmi , sözü qəlbi kimi safdır, təmizdir, şəffafdır. Xurşud Banu Natəvan, Mirvarid Dilbazi, Əzizə Cəfərzadə , Mədinə Gülgün, Hökumə Billuri ədəbi və poetik irsin parlaq davamçısıdır. Öz poetik izi, yolu, sözə fəlsəfi yanaşma tərzi, baxış bucağı ilə seçilən şairədir. Qələminin hərəkət dinamikası özəldir. BİR AZƏRBAYCAN XANIMI TANIYIRAM- Körpə yaşlarında nur üzlü anasını itirdi Sailə xanım. Analı uşaqlar ana sevinci yaşayanda körpə Sailə zəhmətə qatlaşaraq bacı qardaşlarını böyüdürdü, qayğılarını çəkirdı.Gözləri yollardan çəkilmirdi. Ümidlə bir zamanlar qızının zərif əllərindən tutan birgə gəzdikləri yollara baxaraq deyirdi- Anam gələr, indicə gələr. Bu minvalla günləri günlərə, ayları aylara calayırdı. Qəlbindəki nəğmələri dondurdu. Yanağından süzülən göz yaşları ilə anasına layla çalırdı. Atası Pənah əmi balaca Sailənin yaşadıqlarını görürdü. Onu ovutmaq üçün saçlarına sığal çəkirdi. Sözü ilə , avazı ilə qızına şeirlər söyləyirdi. Ancaq atasının aldığı hədiyyələr , söylədiyi şeir və aşıq mahnıları balaca Sailəni ovutdura bilmirdi. Axı o anasına çox bağlı idi...
BİR AZƏRBAYCAN XANIMI TANIYIRAM- Əsl həyat məktəbidir. Məsləhət və tövsiyyələri insanlarda özünəgüvən yaradır,öz dəyər və qiymətini bilməyə, özünü sevməyə, ətrafını dərindən tanımağa, yanılmamağa, düzgün seçimə səsləyir. Qarabağ müharibəsi iştirakçısı, qazisidir. Döyüşçü yoldaşlarının qeyrətli bacısıdır. Dost seçəndə onun insani keyfiyyətlərinə, düzgünlüyünə üstünlük verir. Yalana qarşı barışmazdır. Dostunun sevincli və kədərli günündə yanındadır. Onların sevincini sevinci, kədərini kədəri kimi qəbul edir. BİR AZƏRBAYCAN XANIMI TANIYIRAM- Sözlərinə ilk mahnını bəstəkar-müğənni Arif Səlimov bəstələyib.Aranjeman dəyərli Ağasi bəyə aid “Kaş ki...” adlı mahnı dillərdə əzbər olub. Mahnıda dəyərli qiraət ustadı Xəzər Süleymanlının səsləndirdiyi şeir mahnıya xüsusi rəng qatıb. Çoxsaylı şeirlərinə bəstələnən mahnıları əməkdar artistlər Zakir Əliyev Elnarə Abdullayeva, müğənnilər Ofeliya Şabanova, Nişanə Baxışova, Mətanət Əsədova , Naxçıvanın bal səsi Elsevər Məmmədov ifa ediblər. 30 dan çox şeirini Xəzər Süleymanlı, əməkdar artist Mehriban Xanlarova , Əlağa Tapdıqlı səsləndirib. Poeziyasının şah əsəri olan “Dağıl demək istəmirəm dünyaya” adlı şeirə bəstələnmiş mahnını tezliklə Baba Dərələyəz tamaşaçılara təqdim edəcək.
Uğurlar Sizə Sailə xanım.
Alim Nəbioğl , Arif Səlimov