86 yaşlı atasını bıçaqlayaraq öldürüb

86 yaşlı atasını bıçaqlayaraq öldürüb

22 Yanvar 11:00
Bəyəndim (0) Bəyənmədim (0)

Moskvanın mərkəzində hündürmərtəbəli binada yaşayan oğul 86 yaşlı atasını bıçaqlayaraq öldürüb. Bu barədə yanvarın 22-də paytaxt prokurorluğunun sosial şəbəkələrdəki səhifəsində məlumat verilib.
Lesnaya küçəsində yerləşən evlərdən birində bıçaq xəsarətləri olan təqaüdçü meyiti tapılıb. Qocanı öldürən şübhəlinin isə onun 46 yaşlı oğlu olduğu məlum olub. Şübhəli şəxs saxlanılıb və o, psixoloji müayinədən keçirilməsi üçün nəzarətə alınıb.
Moskvalıya qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə cinayət işi açılıb. Sanksiya 15 ilə qədər həbsi nəzərdə tutur.

Oxuməni.az