Moskvada 10 yaşlı azərbaycanlı 37 yaşlı iranlını bıçaqlayıb

Moskvada 10 yaşlı azərbaycanlı 37 yaşlı iranlını bıçaqlayıb

24 Yanvar 14:34
Bəyəndim (0) Bəyənmədim (0)

Moskvada azərbaycanlı gənclərlə münaqişə nəticəsində 37 yaşlı iranlı bıçaqlanıb və sonda reanimasiyaya yerləşdirilib.

"Şot"un məlumatına görə, hadisə Cənubi Butovoda baş verib. Beşinci sinifdə oxuyan iki qardaş axşam saatlarında evə qayıdarkən qonşuları, İrandan olan kişi ilə qarşılaşıblar. Videoda uşaqlarla yetkin qonşunun liftdə nə isə danışdığı, daha sonra iranlının yeniyetmələrdən birini itələdiyi görünür.Uşaqlar öz mərtəbələrinə çıxıb böyük qardaşlarını köməyə çağırıblar.

Dava baş verib və bu zaman gənclərdən biri bıçağı iranlının ombasına, buduna və böyrünə sancıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

“Dərhal hadisə yerinə gələn polis əməkdaşları ilkin olaraq binanın liftində iki azyaşlı (2012 və 2013-cü il təvəllüdlü) və 37 yaşlı kişi arasında münaqişə baş verdiyini müəyyən ediblər”, - deyə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Nəticədə onların qohumu oğlanların yaşadığı mənzildən çıxıb və həm də kişi ilə münaqişəyə düşüb. Hadisə zamanı azyaşlılardan biri kişini bıçaqlayıb”.

Müsahibə zamanı qardaşlar bildiriblər ki, guya qonşusu bıçağı ilk çıxarıb və bıçaqla böyük qardaşına vurmaq istəyib. Polis vəziyyəti araşdırır. İstintaq Komitəsi faktla bağlı “Qəsdən sağlamlığa ağır zərər vurma” və “Zorakılıq tətbiq etməklə evə qanunsuz daxil olma” maddələri ilə cinayət işi açıb. Birinci maddəyə görə təqsirkarı 12 ilədək, ikinci maddə üzrə isə 2 ilə qədər həbs gözləyir. Lakin uşaqlar azyaşlı olduqları üçün cinayət məsuliyyətinə cəlb olunmurlar.

Oxuməni.az