Qadın 13 və 15 yaşlı iki uşağı tərəfindən öldürülüb

Qadın 13 və 15 yaşlı iki uşağı tərəfindən öldürülüb

9 Fevral 13:00
Bəyəndim (0) Bəyənmədim (0)

İspaniyada bir qadın övladlığa götürdüyü iki rus uşaq tərəfindən öldürülüb. Uşaqlar qətli adam oğurluğu kimi göstərməyə çalışıblar. 15 yaşlı böyük uşaq həbs edilib, 13 yaşlı kiçik uşaq isə nəzarətə götürülüb. Polis qətlin səbəbini tapmağa çalışır.

İspaniyada 48 yaşlı Silvia Lopez Qayyubas avtomobilində başında torba ilə ölü tapılıb. Polisin araşdırması nəticəsində qadının 13 və 15 yaşlı övladlığa götürülmüş iki oğlan tərəfindən öldürüldüyü məlum olub. Hadisənin yeniyetmələr tərəfindən qondarma adam qaçırma cəhdi kimi planlaşdırıldığı güman edilir. Böyük uşaq məhkəmə qarşısına çıxarılıb, kiçik uşaq isə nəzarətə götürülüb. Qadının boğazında ağır bıçaq xəsarətləri aşkarlanıb. Gənclərin qətli törətdikdən sonra bunu adam oğurluğu kimi göstərməyə çalışdıqları müəyyən edilib. Qətlin hansı səbəbdən törədildiyi hələ də araşdırılır.

Oxuməni.az