Məhkəmə Müdafiə Nazirliyinin geyim idarəsinin keçmiş rəisini həbs edib

Məhkəmə Müdafiə Nazirliyinin geyim idarəsinin keçmiş rəisini həbs edib

6 Avqust 16:24
Bəyəndim (0) Bəyənmədim (0)

Hərbi məhkəmə Rusiya Müdafiə Nazirliyinin geyim departamentinin keçmiş rəisi Vladimir Demçiki həbs edib. Bu barədə İstintaq Komitəsinin rəsmi Telegram-kanalında deyilir.

Qeyd olunur ki, 235-ci Qarnizon Hərbi Məhkəməsi İstintaq Komitəsinin tələbi ilə “Textile Trading Company” MMC-nin baş direktorunun müavini Vladimir Demçiki həbs edib. O, xüsusilə külli miqdarda rüşvət almaqda şübhəli bilinir.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyinin keçmiş rəis müavini, general Dmitri Bulqakov korrupsiya işi ilə bağlı saxlanılıb. Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, məmur xidməti dövründə idarə qoşunları yüksək qiymətə keyfiyyətsiz ərzaqla təmin etmək sistemini işlədib. İstintaq hesab edir ki, Bulqakov öz qulluq mövqeyindən istifadə edərək “Qryazinski Qida Zavodu” ASC-nin maraqlarını lobbi edib.

Oxuməni.az