Çində tibbi protezlərin istehsalı üçün krematoriyalardan və tibbi laboratoriyalardan 4 mindən çox cəsəd oğurlanıb

Çində tibbi protezlərin istehsalı üçün krematoriyalardan və tibbi laboratoriyalardan 4 mindən çox cəsəd oğurlanıb

10 Avqust 13:07
Bəyəndim (5) Bəyənmədim (0)


Tibbi protezlərin istehsalı üçün, Çində cəsədləri oğurlayan cinayətkar qrup üzə çıxıb.
“South China Morning Post “(SCMP) qəzeti “Beijing Brave Lawyers” hüquq firmasınin rəhbəri İ Shenhuanın bəyanatına istinadən yazır ki, cinayətkarlar bu qanunsuz biznesdən ,məsuliyyətə
cəlb edilənə qədər 4 mindən çox cəsəd oğurlayaraq təxminən 380 milyon yuan (təxminən 53
milyon dollar) qazanıblar.
Şimaldakı Şansi əyalətinin paytaxtı Taiyuan polisi hazırda sümükləri sonradandişlərin, sümüklərin və oynaqların müalicəsində də istifadə olunan allogenik sümük greftləri
hazırlamaq üçün istifadə edilən meyitlərin külli miqdarda oğurlanmasını araşdırır.“Shanxi Aorui
Biomaterials”şirkəti alınan ilkin məlumata görə,qeyri-qanuni olaraq Sıçuan və Şandunq
əyalətlərində, eləcə də Quansi-Çıjuan Muxtar Bölgəsində cəsədlər və bədən hissələri alıb.Hazırda başlanmış istintaq çərçivəsində hüquq-mühafizə orqanlarının əməkdaşları 18 ton insan
sümüyü və 34 mindən çox protez aşkar edərək götürüblər. Həmçinin sənədlərdən göründüyü kimi, şirkətin Su soyadlı baş direktoru günahını etiraf edib və 4 mindən çox meyitin oğurlandığını açıqlayıb. İstintaqın məlumatına görə, krematorium
işçiləri şirkətlə əməkdaşlıq edərək, daha sonra daşınmaq üçün cəsədləri “təxminən parçalara ayırıblar”. Cinayət sxemində iştirakda şübhəli bilinən 75 nəfərin hamısı saxlanılıb. Faktla bağlı istintaq davam edir.
Almaz Həsənli