Peruda bir ukraynalı rus qadını öldürməkdə şübhəli bilinir
Perunun Ali Məhkəməsi bildirib ki, rus qadını qətlə yetirməkdə şübhəli bilinən Ukrayna vətəndaşı üçün 9 aya qədər həbs qətimkan tədbiri seçilə bilər. Bu barədə RİA Novosti məhkəmənin X sosial şəbəkəsindəki səhifəsinə istinadən yazır.
Loreto bölgəsində yerləşən Yurimaquas şəhərində öldürülmüş və parçalanmış qızın meyiti tapılıb.
Hazırda bu iş üzrə məhkəmənin avqustun 12-də keçiriləcəyi məlumdur. Ondan sonra təqsirləndirilən İvan Kuzminin tibb müəssisəsinə köçürülməsi planlaşdırılır.
“Ali Məhkəmə... Rusiya vətəndaşını öldürdüyü və parça-parça etdiyi iddia edilən ukraynalı üçün 9 aya qədər həbs-qətimkan tədbirinə baxacaq. Təqsirləndirilən şəxs Lyudmila Lazarenkonun qətlinə görə istintaqa cəlb olunub”, - deyə məhkəmənin açıqlamasında bildirilir.
Oxuməni.az