"Kuyu-29" əməliyyatında 14 şübhəli yaxalanıb

"Kuyu-29" əməliyyatında 14 şübhəli yaxalanıb

26 Sentyabr 10:17
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə, Əhməd Tanyelin rəhbərlik etdiyi "Yılmazlar" cinayət təşkilatına qarşı əməliyyat keçirilib. Mərkəzi Muğla olan 4 vilayətdə keçirilən "Kuyu-29" əməliyyatında 14 şübhəli yaxalanıb.
Məlumata görə, Jandarma Ümumi Komandanlığının koordinasiyasında KOM Şöbəsi Muğla İl Jandarma Komandanlığı tərəfindən aparılan işlər nəticəsində Əhməd Tanyelin rəhbərlik etdiyi baş qərargahı Muğla, Trabzon, Antalya və İzmirdə yerləşən “Yılmazlar” cinayət təşkilatına qarşı “Kuyu-29” əməliyyatı təşkil edilib.
Əməliyyat nəticəsində 14 şübhəli yaxalanıb və şübhəlilər Muğlanın Menteşe rayonunda fəaliyyət göstərən müəssisələrə qarşı təzyiq və zor tətbiq ediblər. Onların cinayət törətmək üçün təşkilat yaratma, qəsdən xəsarət yetirmə, narkotik vasitələrin və stimullaşdırıcı maddələrin istehsalı və alqı-satqısı, 6136 saylı qanunun tələblərini pozma və ağır şəkildə talama cinayətlərini törətdikləri müəyyən edilib.

Oxuməni.az