Jurnalistlər Suriyada öldürülən 543 rusiyalının adlarını müəyyənləşdiriblər
Suriyada 2015-ci ildən bəri ən azı 543 rusiyalı hərbçi, kəşfiyyatçı və “Vaqner” ÖHŞ-nin muzdlusu öldürülüb. Təxmini “BBC” təqdim edir, hesablama açıq mənbələrdən istifadə etməklə aparılıb. Məlumatlar tam deyil - bir çox itkilər açıqlanmır.
Ölənlər arasında xüsusi təyinatlı elit bölmələrin, o cümlədən “Alfa”, Xüsusi Əməliyyat Qüvvələri, QRU və Hava Desantının Xüsusi Təyinatlı Qüvvələrinin zabitləri və sıravi əsgərləri var. Ən azı 20 hərbi pilot və şturmanın öldüyü məlumdur. Məlum itkilərdən 346-sı “Vaqner”də xidmət edirdi.
Rusiya Suriyada 116 hərbçisinin öldüyünü rəsmən etiraf edib. Müdafiə Nazirliyi bu məsələ ilə bağlı son açıqlamanı 2019-cu ilin yazında verib. O vaxtdan bəri ölənlərin sayı artıb.
Sonuncu dəfə Rusiya mənbələri Suriyadakı döyüşlərdə Rusiya xüsusi təyinatlılarının həlak olması barədə məlumatı noyabrın sonunda, anti-hökumət qüvvələrinin Moskvanın dəstəklədiyi Bəşər Əsəd rejiminin nəzarəti altında olan mövqelərə sürətli hücumuna başlayarkən vermişdi.
Almaz Həsənli