Abşeronda silsilə oğurluqlar edən Qazax rayon sakini həbs edilib

Abşeronda silsilə oğurluqlar edən Qazax rayon sakini həbs edilib

1 Oktyabr 2020 15:31
Bəyəndim (1) Bəyənmədim (0)

Abşeron rayonunda mənzil və aptekdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Oxuməni.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il yanvarın 11-dən martın 27-dək olan müddətdə rayon ərazisindəki evdən 1910 manat dəyərində qızıl-zinət əşyaları və aptekdən 743 manat pul oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini, əvvəllər məhkum olunmuş O.Ağayev saxlanılıb.

Faktla bağlı araşdırılmalar davam etdirilir.

Oxuməni.az