Gəncə şəhər sakininin avtomobilindən odlu silah götürülüb

Gəncə şəhər sakininin avtomobilindən odlu silah götürülüb

16 Oktyabr 2020 16:45
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncə şəhər sakininin avtomobilindən odlu silah götürülüb.

Oxuməni.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, daxil olan məlumat əsasında Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Hacıqabul-Horadiz yolunda qurulmuş xüsusi postda Gəncə şəhər sakini Z.Həbibovun idarə etdiyi “Mersedes” markalı avtomobil saxlanılıb.

Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan “Makarov” markalı tapança, 1 ədəd patron darağı, 8 patron, 1 ədəd süngübıçaq və 1 ədəd dəbilqə aşkar edilərək götürülüb.

Oxuməni.az