Zeynəb Xanlarovanın bacısı oğlu axtarılır

Zeynəb Xanlarovanın bacısı oğlu axtarılır

23 Dekabr 2020 11:54
Bəyəndim (0) Bəyənmədim (0)

Türkan qəsəbəsinin icra nümayəndəsi Rahil Babayev və qəsəbədə makler kimi tanınan Çingiz Xeyrəli oğlu Səfərov həbs olunub.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu haqda Türkan qəsəbə sakini Əzizəxanım Atayeva musavat.com-a açıqlamasında bildirib. Onun dediyinə görə, hər iki şəxs onu və yaxın qohumu Xumara Şabanovanın torpaq sahələrini saxta sənədlər düzəltməklə ələ keçirməkdə ittiham olunur:

“Hazırda bu işlərin başında dayanan Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirovu da polislər axtarır. Qulağımıza gəlib çatır ki, Daşqının yerini kənddə bilənlər var. Sadəcə, onu tutmurlar. Hərə bir söz deyir, Daşqın da ortalıqda yoxdur. Əvvəl dedilər ki, guya koronaya tutulub. Sonra da dedilər ki, xəstə olması haqda arayışı da saxtadır. Bu işlərin başında dayanan Daşqındır. Onun bizim torpaqların ələ keçirilməsində rolu böyükdür. Bunu hamı bilir. Gəlsin cavab versin. Qaçıb gizlənməsin”.

Oxuməni.az