Bakının Nizami rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib

Bakının Nizami rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib

23 Dekabr 2020 16:48
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Nizami rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Oxuməni.az xəbər verir ki, Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Əliyeva həbs edilib.

Onun yaşadığı mənzilə baxış zamanı oradan 3 kiloqram 200 qrama yaxın heroin, 814 qramdan artıq metamfetamin, metadon və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

Oxuməni.az