Abşeronda evdən oğruluq edən şəxs saxlanılıb

Abşeronda evdən oğruluq edən şəxs saxlanılıb

18 Yanvar 2021 14:39
Bəyəndim (0) Bəyənmədim (0)

Abşeronda evdən 22 min manatlıq oğurluq edilib.

Oxuməni.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 2 evdən ümumilikdə 8 515 manat pul, 12 655 manat dəyərində qızıl-zinət əşyaları və 500 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Saray qəsəbə sakini, əvvəllər məhkum olunmuş T.Qəmbərov saxlanılıb.

Araşdırma aparılır.