Bakıda narkotik alverçisi saxlanılıb

Bakıda narkotik alverçisi saxlanılıb

21 Yanvar 2021 15:21
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda narkotik alverçisi saxlanılıb.

Oxuməni.az DİN mətbuat xidmətinə istinadla xəbər verir ki, Xətai rayon Polis İdarəsi 36-cı Polis Bölməsi əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat tədbiri keçiriblər. Nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Adıgözəlov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan metamfetamin, “VAZ-2108” markalı avtomobilinə baxış zamanı isə 2 kiloqramdan artıq heroin və 3 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

Oxuməni.az