Şəmkirdə jurnalisti şantaja görə öldürən şəxs tutuldu

Şəmkirdə jurnalisti şantaja görə öldürən şəxs tutuldu

22 Yanvar 2021 09:09
Bəyəndim (1) Bəyənmədim (0)

Şəmkir rayonunda qətl hadisəsi törədən şəxs saxlanılıb.

Oxuməni.az xəbər verir ki, hadisə yanvarın 21-də rayonun Qədim Qala kəndində baş verib. Belə ki, kənd sakini, 1985-ci il təvəllüdlü Bəxtiyar Əliyev dayısı oğlu Vasif Aslanov tərəfindən odlu silahla qətlə yetirilib. Məlumata görə, bir neçə gün əvvəl B.Əliyev V.Aslanovu şantaj edib. Qohumunun bu əməlindən bezən V.Aslanov B.Əliyevi odlu silahla öldürüb. Şəmkir Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılan V.Aslanovdan lüləsi kəsilmiş tüfəng götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb

Xatırladaq ki, B.Əliyevin bölgədə fəaliyyət göstərən qəzetlərdən birinin redaktoru və təsisçisi olduğu bildirilir.

Oxuməni.az