"Azəriqaz"sayağı qaz fırıldağı vətəndaşa 122 manata başa gəlib

"Azəriqaz"sayağı qaz fırıldağı vətəndaşa 122 manata başa gəlib

26 Yanvar 2021 11:47
Bəyəndim (0) Bəyənmədim (0)

Xaçmaz rayon Susayqışlaq kənd sakini Nail Baratov iddia edir ki, qaz idarəsinin əməkdaşları ona 122 manat qazpulunun səhvliklə yazıldığını qəbul etsələr də, ondan bu məbləği ödəməsini tələb edirlər.
Oxuməni.az-ın verdiyi xəbərə görə, bu barədə Yeniavaz.com-a danışan N. Baratov bildirib. Şikayətçinin sözlərinə görə, hadisə ona məxsus qaz sayğacının “Azəriqaz” İstehsalat Birliyi tərəfindən dəyişdirilməsindən sonra baş verib:
"Ötən il dekabrın 21-dən sonra gəlib bizim qaz sayğacını dəyişdilər. Dəyişməzdən qabaq mənə bildiriş verdilər ki, sənin 35 manat borcun var, mən də onu ödədim. Və bildirişdə göstərilirdi ki, mənim limiti keçməyimə hələ 142 kubmetr var. 1-2 gün sonra gəlib sayğacı dəyişdilər. Yeni sayğac 0-dan başladı yazmağa. Bu yaxınlarda terminalda pul ödəmək istəyirdim, gördüm ki, mənə 122 manat borc yazıblar. Sonra gedib aidiyyatı idarədən öyrənmişəm ki, hələ bu, sadəcə dekabr ayının 31-ə kimi olan borcumdur. Yəni 10 gündən də az müddətə mənə 122 manat borc yazıblar. Getdim qaz idarəsinə, soruşdum ki, bu necə olub? Əvvəlcə dedilər ki, sən istifadə etmisən, borc yazılıb. Sonra isə dedilər ki, səhv olub. Və mənə bildirdilər ki, bu pulu sən ödəyəcəksən. Mən də dedim ki, axı bunun səhvlik olduğunu bilirsinizsə, pozun bu borcu. Mənə dedilər ki, artıq bu yazılıb, pozmaq olmur”.
N. Baratov bildirir ki, qaz idarəsində ona bu vəziyyətin 2-3 ay davam edəcəyini, yəni əlavə məbləğlərin yazılacağını bildiriblər.

PS

.Bunun adına deyirlər "Azəriqaz"sayağı qaz fırıldağı. Vaxtı ilə adi qazsayğaclarından istifadə edənlərə "Azəriqaz" əməkdaşları tərəfindən şişirdilmiş "borc" yazılırdı və sonra da onları bu "borc"u ödəməyə məcbur edirdilər. O vaxt belə fırıldaq yolu ilə "Azəriqaz" əməkdaşları necə deyərlər qaz vurub qazan doldururdular. "Azəriqaz"sayağı bu fırıldağın qarşısını yalnız smartkart tipli sayğaclara keçiləndən sonra almaq oldu. Amma son illərdə yenidən"Azəriqaz"müxtəlif bəhanələrlə smartkart qaz sayğaclarını adi qaz sayğacları ilə əvəz edirlər. Sən demə smartkart tipli qaz sayğaclarının dəyişdirilməsnə səbəb"Azəriqaz"ın yenidən köhnə dövrlərdəki qaz fıırldağı xəstəliyinə tutulması ilə bağlıdır. Ümud edirik ki,müvafiq qurumlar "Azəriqaz"ı bu xəstəlikdən müalicə edərək fırldaqçıları bağlı qapılararxasına layiq olduqları yerə göndərəcəklər.

Oxuməni.az