Bakıda qadını qətlə yetirərək zibil qutusuna atan şəxs tutulub

Bakıda qadını qətlə yetirərək zibil qutusuna atan şəxs tutulub

28 Yanvar 2021 11:13
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda qadını qətlə yetirərək zibil qutusuna atan şəxs tutulub.

Oxuməni.az-ın məlumatına görə, ötən gün Nəsimi rayon ərazisində meyiti zibil qutusunda tapılan şəxsin 1989-cu il təvəllüdlü Banu Məmmədova olduğu müəyyən edilib. Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, B. Məmmədova qayınatası İdris Məhərrəmov tərəfindən qətlə yetirilib.

İ. Məhərrəmov saxlanılaraq istintaqa cəlb edilib.