Kontakt Home və deputat Elnur Allahverdiyev haqda şok gizlinlər: fırıldaq, erməni izi, antiəliyevçilik…

Kontakt Home və deputat Elnur Allahverdiyev haqda şok gizlinlər: fırıldaq, erməni izi, antiəliyevçilik…

28 Yanvar 2021 12:49
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda haqqında daha çox şikayətlər edilən və son zamanlar barəsində sosial şəbəkələrdə mütəmadi olaraq neqativ xəbərlər yayılan biznes qurumlarından biri də “Kontakt Home” mağazalar şəbəkəsidir. Məişət texnikası və mebel bazarında daha çox istehlak kreditləri portfeli olan şirkətlərdən biridir – “Kontakt Home”.
“Başınıza dəysin müştəriyə xidmətiniz”
Oxuməni.az cumhuriyyət.az-a istinadən xəbər verir ki, bu ticarət mərkəzlərindən edilən daha çox şikayətlərin əsas məğzi də etinasızlıq, müştəri məmnuniyyətinə heç bir önəm verilməməsi ilə bağlıdır. Narazı istehlakçıların daha çox səsləndirdiyi şikayətlər də satılan məhsullara göstərilən texniki servis xidməti və “Kontakt Home”nin kredit siyasəti ilə bağlıdır. Belə şikayətlərdən birini Tofiq Şahmuradov adlı facebook istifadəçisi dilə gətirib: “Bu ölkədə şirkətlərin bir çoxu müştəri məmnuniyyətindən çox moşennikliklə məşğuldurlar. Kontakt Home mağazasından 2772 manata mobil telefon almışam, 330 manat da qızıl zəmanət dedikləri(əslində türklərin sözü müştəri kazıklamaq) pul ödəmişəm. Telefonda xırda problem yaranıb, apardım ustaya, dedi 15 dəqiqəyə düzəldib verərik. Birdən ağlıma gəldi ki, mən bunun qarantiyasına 330 manat ödəmişəm. Kontakt home servisi də elə evimizin altı, aparım bunlar etsin. Gəlmişəm Kontakt home servisinə, mənə deyir 14 iş günü ərzində düzəldib təhvil verəcəyik. Başınıza dəysin müştəriyə xidmətiniz. Qarantiyanı ləğv edin, o pulun 20% dəyərini ustaya verəcəyəm, 15 dəqiqəyə düzəldəcək. Mən etdiyim səhvi siz etməyin,o qızıl qarantiya boş söhbətdi”.
Şikayətçinin statusu altında yazılan rəylərində də şirkət haqqında olmazın narazılıqlar ifadə olunur.

“Kontakt Home”nin gizli əməlləri
Şirkət hazırda Bakıda da daxil olmaqla ölkənin 17 rayon və şəhərində sərt karantin rejimi elan edib. Sərt karantin rejiminin şərtlərinə əsasən vətəndaşlar müvafiq icazə ilə yaşayış yerini tərk edə bilərlər. Bir çox sahələr, iş yerləri bağlıdır. Belə olan təqdirdə bazarda alternativ profilli şirkətlər müştərilərinə kredit və faizlərlə bağlı olaraq hər hansı cərimə faizi hesablamadıqları halda “Kontakt Home” sadaladığımız bu məqamların heç birinə əhəmiyyət vermir. Bu arada, cumhuriyyet.az olaraq araşdırmalar nəticəsində öyrəndik ki, “Kontakt” mağazalar şəbəkəsindəki kassa aparatlarına gündəlik kredit ödənişlərinin cəmi 15 faizi vurulur, həmçinin vətəndaşlarla bağlanılan müqavilələrin cəmi 15 faizi rəsmi olaraq mühasibatlıqda qeydiyyatdan keçir: “Kontakt” mağazalar şəbəkəsinin Bakı şəhərində 42 mağazası fəaliyyət göstərir. Mağazalar şəbəkəsinin gündəlik dövriyyəsinin 230 min manata yaxın olduğu bildirilir. Satışın demək olar ki, 90 faizi kredit vasitəsi ilə həyata keçirilir. Kreditlə satılan malların üstünə isə dəyərindən 2 dəfə artıq qiymət qoyulur. Yəni faktiki olaraq “Kontakt Home” mağazalar şəbəkəsi çəkdiyi xərcin 100 faizi, bəzən daha çox gəlir əldə edir. Bundan başqa alıcılarla həyata keçirilən alış-veriş barədə kredit müqaviləsi birbaşa “Kontakt” mağazalar şəbəkəsi ilə bağlanılır ki, bu da mövcud qanunvericiliyə ziddir. Çünki ölkə qanunvericiliyinə görə kreditləri ancaq banklar və bank olmayan kredit təşkilatları verə bilər. Bu halda “Kontakt” mağazalar şəbəkəsinin alıcılarla olan müqaviləsi də heç bir hüquqi status daşımır.
Deputata bağlı tellər
Həmçinin “Kontakt” mağazalar şəbəkəsi kredit müqavilələrini avadanlıqlara görə dəyişir. Telefon kredit müqaviləsi “ABC-Telekom” MMC ilə bağlanır. Maraqlıdır ki, kredit müqavilələri nə üçün məhz “ABC-Telekom” MMC ilə bağlanır? Onu da bildirək ki, “Kontakt Home” mağazalar şəbəkəsinin sahibi deputat Elnur Allahverdiyev olaraq tanınır. Xatırlatma üçün bildirək ki, Elnur Allahverdiyevin adı “Azercell”in 3 monopolist şirkətindən biri olan “ABC-Telekom” MMC-nin ( digərləri Akhundoff Networks və İntegralplus) sahibi kimi keçir. Kontur kartı və nömrə satışından milyonlar qazanan bu 3 şirkət Azərbaycanda mobil xidmətin ən baha olmasının əsas səbəbkarlarıdır və son vaxtlar ölkədə “süni kontur qıtlığı” yaradaraq yüzminlərlə vətəndaşı, sahibkarları, market sahiblərini narazı salırlar. ABC-Telekom” MMC-nin rəhbəri, Sloveniyanın Azərbaycandakı fəxri konsulu, YAP-ın 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizədi Elnur Allahverdiyev özü biznes fəaliyyətini təkzib edib. Millət vəkili vurğulayıb ki, altıncı çağırış Milli Məclisə deputat seçilməsindən sonra sahibkarlıq fəaliyyətinə son qoyub və şirkətdəki vəzifəsindən istefa verib: “Deputat olaraq fəaliyyətim göz qabağındadır və təəssüf edirəm ki, bəzən bu məzmunlu informasiyalar hazırki fəaliyyətimə kölgə salmaq və qərəzli niyyətlə edilir”. Elnur Allahverdiyev qeyd edib ki, mart ayından bu yana müsahibə və açıqlamalarında sahibkarlıq fəaliyyətini dayandırdığını dəfələrlə bildirib: “Düşünürəm ki, professional jurnalist və ya bloggerlər bunu bilməmiş deyillər. Bununla belə, onlara fəaliyyətlərində uğurlar arzu edirəm, sadəcə, bəzi qarayaxmalara görə təəssüf hiss keçirirəm. Mənə elə gəlir, professionallıq nöqteyi-nəzərdən bu, onların özlərinin obyektivliyi üçün də ziyanlı mövqedir”.

Xatırladaq ki, müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli öz statusunda Elnur Allahverdiyevin qalmaqallı iş adamı kimi ad qazandığını, həmçinin vaxtilə sahibi olduğu “Kontakt Home” mağazalar şəbəkəsinə MTN-nin generalı Elçin Əliyevin “krışa”lıq etdiyini yazıb.
Elnur Allahverdiyevlə bağlı ilginc iddialar
YAP siyahısından mandat qazanan E.Allahverdiyev ilə bağlı ən ilginc məqam isə onun bu hakimiyyətə nə qədər bağlı olmasıdır. Belə ki, cumhuriyyet.az olaraq internet üzərindən apardiğımız araşdırmalara görə, E.Allahverdiyevin atası, Dövlət Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsinin sədri müavin, daha sonra sədri, “Bərpaçı” mərkəzinin rəisi, mədəniyyət nazirinin müavini, Respublika Xalq Nəzarət Komitəsi sədrinin birinci müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Nəzarət İnspeksiyasının sədri kimi vəzifələrdə işləmiş Marat Allahverdiyev vaxtilə ulu öndər Heydər Əliyevin əleyhinə çıxıb, haqqında kəskin ifadələr işlədib. Bununla bağlı ölkə mediasında yer alan məlumata görə, Marat Allahverdiyev Ayaz Mütəllibovun zamanında Dövlət Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsinin sədr müavini, daha sonra sədri, mədəniyyət nazirinin müavini, Respublika Xalq Nəzarət Komitəsi sədrinin birinci müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Nəzarət İnspeksiyasının sədri işləyib. Heydər Əliyevin tərəfdarlarının görüşlərinə nəzarət etmək üçün indiki Hüseyn Cavid parkında o zaman balaca bir obyekt var idi. Marat Allahverdiyev və dostları orda gizlicə yığışıb müzakirə aparardılar. Cumhuriyyet.az bildirir ki, Azərbaycan Respublikasının müxtəlif ölkələrdə səfiri işləmiş professor İsfəndiyar Vahabzadə LAF TV-yə müsahibəsində ermənilərlə qohumluq əlaqəsi olanlar sırasında Milli Məclisin deputatı Elnur Allahverdiyevin adını çəkib. Belə bir şəxsin oğlunun ulu öndərin qurduğu partiyanın namizədlər siyahısında olması olduqca acınacaqlıdır.