Balaxanı qəsəsində ev sahibi qohumları tərəfindən amansızcasına öldürülüb

Balaxanı qəsəsində ev sahibi qohumları tərəfindən amansızcasına öldürülüb

14 Fevral 2021 12:13
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.

Oxuməni.az xəbər verir ki, hadisə Balaxanı qəsəsində qeydə alınıb. 1971-ci il təvəllüdlü Şükürov Cavanşir Şakir oğlu yaşadığı evdə sərxoş vəziyyətdə qohumları ilə mübahisə edib. Mübahisə zəminində onun bədəninin və alnının müxtəlif nahiyələrinə 15 bıçaq zərbəsi vurulub.

O, çoxlu qan itirərək hadisə yerində ölüb. Sabunçu Rayon Polis İdarəsi və Rayon Prokurorluğun əməkdaşları hadisə yerinə cəlb edilib. İki nəfər şübhəli şəxs qismində saxlanılıb.